Ərdoğandan Quterreşə: Türkiyə bunun üçün səy göstərir!

  • By Günel
  • 05 Dekabr 2024 22:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının məlumatında deyilir.

Söhbət zamanı regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə üçün Suriyanın sabit yaşaması və mülki itkilər verməməsinin əsas məsələ olduğunu deyib. O, Türkiyənin gərginliyin azaldılması, mülki əhalinin qorunması üçün səy göstərdiyini vurğulayıb.

Gununsesi.info