İsrailin baş naziri Binyamin Netanyahu və komandası özlərini Adolf Hitler, Benito Mussolini və İosif Stalinlə bərabər tutdular.
Gununsesi.info xəbər verir ki, unu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 9-da Elmi Təbliği Vəqfi Baş Assambleyasının İstanbulda keçirilən 53-cü qurultayındabildirib.
Türkiyə dövlət başçısı xatırladıb ki, 2023-cü il oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağında soyqırımda ittiham olunan hücumları nəticəsində 32 mindən çox fələstinli həlak olub, 72 mindən çoxu yaralanıb.
Türkiyə lideri qeyd edib ki, Ankara dünya ictimaiyyətinin artıq canından hökm çıxardığı İsrailin beynəlxalq qanunlara uyğun olaraq cinayət məhkəməsi qarşısına çıxması üçün səylər göstərib və etməkdə də davam edir. “Rəcəb Tayyib 15 il əvvəl “One minute” dedisə, bu gün də eyni yerdə durmaqdadır”, – deyə o bildirib.
Ərdoğan ümumilikdə 2 milyarda yaxın əhalisi olan müsəlman ölkələrinin Fələstin xalqı qarşısında qardaşlıq borcunu sözün əsl mənasında yerinə yetirmədiklərindən təəssüfləndiyini bildirib.
“Qəzza zolağında insanlığa qarşı törədilən cinayətlərlə Netanyahu və komandası öz adlarını dövrümüzün nasistləri kimi Hitler, Mussolini və Stalinin adlarına bağladılar”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Dövlət başçısı Ankaranın Fələstin anklavına humanitar yardım göstərmək səylərinə diqqət çəkib.
Ərdoğanın sözlərinə görə, 2023-cü il oktyabrın 7-dən etibarən Türkiyə Qəzza zolağının sakinlərinə mülki gəmilərlə ümumilikdə 19 uçuş və 7 uçuş olmaqla 40 min ton humanitar yardım göndərib.
“Biz Misir rəsmiləri ilə son zamanlar inkişaf edən əlaqələrdən istifadə etdik və Qəzza zolağına humanitar yardım göstərdik”, – deyə Ərdoğan bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə, bir gün əvvəl Qəzza zolağının sakinləri üçün Türk Qızıl Ayparası vasitəsilə göndərilmiş 3 min ton humanitar yardımla gəmi Misirin Əl-Ariş limanına yanaşmaq üzrədir.
Ərdoğan vurğulayıb ki, Fələstin fraksiyaları Türkiyənin Fələstin xalqının mübarizəsini dəstəkləmək səylərinin əsas şahidləridir.
Dövlət başçısı Fələstin məsələsində 15 il əvvəl tutduğu qəti mövqeyi bu gün də qoruduğunu vurğulayıb.
“Fələstin davasını ən yüksək səviyyədə, dövlət və xalq səviyyəsində dəstəkləyən ölkə, şübhəsiz ki, Türkiyədir”, – Ərdoğan vurğulayıb.
Gununsesi.info