Ərdoğandan Türkiyə parlamentində sensasion çıxış: - İsrailin növbəti hədəfi Türkiyədir!

Türkiyə Böyük Millət Məclisinin payız ssesiyasının açılışında çıxışı zaman Rəcəb Tayyib Ərdoğanın söylədiyi nitq səs-səda yaradıb. Beləki, o, İsrailin növbəti hədəfinin Türkiyə olduğunu iddia edərək, onların Fələstin torpaqları və Livandakı hərbi əməliyyatları Türkiyədə də həyata keçə biləcəyini bəyan edib.

Gununsesi.info xəbər verir ki, Ərdoğan çıxışına davam edərək, nəticələrinin necə olmasından asılı olmayaraq dünyanı İsrailə qarşı çıxmağa, haqqın yanında durmağa səsləyəcək.

O, həmçinin vurğulayıb ki, İsrailin Qəzzada 42 min insanı qətlə yetirməsinə baxmayaraq, hələ də lazımı cavabı almayıb.

AKP sədri, Prezident Rəcəb Tayyib Ərdoğan sonda isə nitqini bu cür tamamlayıb:

“İsrailə xəbərdarlıq edirəm. Livana qarşı quru əməliyyatı digər hücumlar kimi olmayacaq. Bütün dövlətlər və beynəlxalq təşkilatlar, xüsusilə də BMT, daha çox uşaq və qadın ölməzdən əvvəl İsraili dayandırmalıdır. Biz Livanı dəstəkləyəcəyik. Bu Qazi Məclisi təkcə Türkiyənin deyil, bölgənin də ümididir. Üzərinizə düşən məsuliyyət ağırdır. Tarixdən qoyduğunuz miras və təcrübə ilə bu yükü layiqincə daşıyacağınıza tam inanırıq”.

Orxan Saffari
Gununsesi.info