Ərdoğanı sosial şəbəkədə tənqid edən qadın həbs edilib

  • By Günel
  • 14 Avqust 2024 11:42

Məhkəmə Türkiyənin İzmir şəhərində küçədə keçirilən videosorğuda hakimiyyəti Instagram-ın bloklanmasına görə tənqid edən qadının həbsinə qərar verib.

Gununsesi.info Deutsche Welle -yə istinadən xəbər verir ki, Dilruba adlı qadın “prezidenti təhqir etməkdə”, “cəmiyyət arasında nifrət və düşmənçiliyi qızışdırmaqda” ittiham olunur.

Xəbərdə deyilir ki, qadın YouTube kanallarından birinə şərhdə bunları bildirib:

“Siz hamınız beyinləri yuyulmuş axmaqsınız, çünki bütün hüquq və azadlıqlarınızı Allahdan böyük hesab etdiyiniz bir nəfərə vermisiniz”.

Instagram Türkiyədə avqustun 2-də bloklanmış, bu isə adi istifadəçilərin və kiçik bizneslərin hiddətinə səbəb olmuşdur.

Bundan 9 gün sonra hakimiyyət Instagram platformasının blokunu açıb. İnfrastruktur naziri Abdulkadir Uraloğlunun məlumatına görə, bu addım Instagram nümayəndələri Türkiyə hökumətinin tələblərini qəbul edəndən sonra atılıb.

Ankaranın tələblərinə görə, Instagram Türkiyə qanunvericiliyinin, senzura da daxil, tələblərini yerinə yetirməlidir.

Qeyd edək ki, bir çox tanınmış şəxslər, siyasətçilər və ictimai xadimlər qadının həbsi ilə bağlı qərarı pisləyiblər.

 

Gununsesi.info