Ərdoğanı tənqid edən CHP lideri istintaqa cəlb olundu

  • By admin
  • 13 Avqust 2025 23:47

CHP sədri Özgür Özəl haqqında istintaq başladılıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında paylaşım edib.

CHP sədrinin prezidentimizin ünvanına söylədiyi təhqiramiz ifadələrlə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb. Hörmət həddini bu sözlər 86 milyon vətəndaşımızı təmsil edən iradəyə açıq-aşkar hücumdur.

Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi bu yersiz dil artıq sadəcə üslub məsələsi deyil.

Millətimiz əvvəllər də olduğu kimi böhtanla məşğul olanlara yol verməyəcək”.

Nazirin bu açıqlamasından bir neçə.saat keçməsinə baxmayaraq,  hələ də Özgür Özəldən reaksiya olmayıb.

 

GÜNAY

GUNUNSESİ.İNFO