Ərdoğanın baş müşaviri Rəsulzadənin məzarından danışdı -ÖZƏL

  • By admin
  • 28 Fevral 2024 21:26

Azərbaycan Xalq Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə bağlı sosial mediada yazılanları mən də araşdırdım. Həqiqət Azərbaycanın Türkiyədəki Böyük Elçiliyinin yaydığı açıqlamadakı kimidir. Rəsulzadənin məzar daşlarında və üzərindəki abidənin yenilənməsinə ehtiyac var. Bunun üçün orada işlər görülür. Qısa zamanda fərqli bir görkəmdə olacaq”.

Bunu Gununsesi.info-ya özəl açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Yalçın Topçu Rəsulzadənin Azərbaycanla yanaşı həm də Türkiyədə qurucu lider kimi sevildiyini vurğulayaraq, əlavə edib ki, o, Rəsulzadənin məzarına gedən ayrıca yolun da çəkilməsinə təşəbbüs göstərəcək.

 

Afət Abbasova

Gununsesi.info