Ərdoğanın baş müşaviri Rəsulzadənin məzarını ziyarət edib

  • By ilhame
  • 12 Aprel 2024 20:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

Gununsesi.info-ya açıqlamasında Yalçın Topçu Rəsulzadə haqqında yüksək fikirlər səsləndirib.

Müsəlman dünyasının ilk demokratik respublikası sayılan və 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdim.

 

“Bir kərə yüksələn bayraq bir daha enməz” deyimi Can Azərbaycan başda olmaqla bütün türk zadəganlarının istiqlal hədəfinin şüarına çevrilib.

 

30 ildən artıqdır ki, BMT-nin qətnamələrinə baxmayaraq, Qarabağ işğalda idi. İlham Əliyev Qarabağı erməni işğalından azad edən Vətən Müharibəsi qalibi kimi tarixə düşdü.

Can Azərbaycan bu gün yüksək liderliyi ilə regionda və dünyada sabitliyin, firavanlığın, sülhün ünvanı olmaqla, müasir, güclü, hörmətli, müstəqil dövlətdir.

 

Azərbaycanımızın yetişdirdiyi türk dünyasının böyük oğlu atamız Rəsulzadənin Ankara-Əsri qəbiristanlığında məzarını bərpa edən Azərbaycanımızın Türkiyədəki səfiri qardaşım Reşad Məmmədova təşəkkürümü bildirirəm.

 

İlhamə

Gununsesi.info