Türkiyə və Rusiya prezidentləri Kazanda BRİKS sammitində ikitərəfli görüş keçirəcəklər.
Gununsesi.info Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığında qərara alınıb.
Qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.
Liderlər Rusiya-Türkiyə münasibətlərinin konstruktiv xarakterindən məmnun qaldıqlarını və gələcək sıx qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildiriblər. Həmçinin bəzi aktual ikitərəfli və beynəlxalq mövzular, o cümlədən Yaxın Şərqdəki vəziyyətin təhlükəli inkişafı müzakirə edilib.
Gununsesi.info