“Erebuni”yə Qarabağ üçün 4 ton yüklə rus İl-76 təyyarəsi endi

  • By admin
  • 24 Sentyabr 2021 22:55

Rusiyanın Ermənistanda yerləşən “Erebuni” aviabazasına Qarabağda məskunlaşdırılan ermənilərə göndərilən 4 ton humanitar yüklə İl-76 təyyarəsi enib.

Gununsesi.info xəbər verir ki, humanitar yük əsasən geyim, ayaqqabı, müxtəlif məişət avadanlıqlarıdır.

Humanitar yardımı “Mersi” və “Doktor Liza” fondları göndərib. “Doktor Liza” eyni zamanda tibbi avadanlıqlar da hədiyyə edib.

Yükün gətirilməsi və boşaldılmasını Rusiya hərbçiləri icra ediblər. Sabah yardımın Xankəndiyə çatdırılacağı bildirilir.

Gununsesi.info