Erkan Özoral: “İran parlamentində türkdilli xalqların fraksiyasının yaradılmasını alqışlayıram”

  • By admin
  • 07 Noyabr 2016 17:50
iran
Türkiyəli diplomat İran parlamentində türkdilli xalqların fraksiyasının yaradılmasını alqışladı
Gununsesi.info xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İran parlamentində yüzə yaxın millət vəkilinin bir araya gələrək türkdilli xalqların fraksiyasını yaradılması məsələsinə mövqeyini bildirib.  Səfir deyib ki,  İran parlamentində belə bi fraksiyanın yaradılması qürurverici bir haldır. “İran parlamenti üçün  xeyrilisi olsun”- deyə səfir vurğualyıb.
Qeyd edək ki, İran parlamentində yaradılan türkdilli millət vəkillərinin yaratdıqları fraksiyanın rəhbəri İaran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkian seçilib.  Əlvə edək ki, İranda səfərdə olan millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Tehranda səfərdədir və səfər çərçivəsində İran Parlamenti sədrinin I müavini, azərbaycanlı deputatların yaratdıqları türkdilli millət vəkilləri fraksiyasının sədri Məsud Pezeşkianla görüşüb.
Mürtəza
Gununsesi.info