
Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deputat Erkin Qədirlinin barəsində son çıxışına görə araşdırma aparılmasını təklif edib.
Vitse-spiker deyib ki, onun parlament seçkilərin saxta keçirilməsilə barədə dedikləri hüquqi tərəfdən araşdırılmalıdır və deputat məsuliyyətə cəlb olunmlıdır.
Seçki məsələləri üzrə ekspert, tanınmış hüquqşünas Hafiz Həsənov Gununsesi.info-ya açıqlamasında Fəzail İbrahimlinin fikirlərinin qanunsuz olduğunu bildirib.
“Erkin Qədirli bir Azərbaycan vətəndaşı kimi öz fikrini ifadə edib. Ölkənin konstitusiyasında fikir azadlığı maddəsi var. Heç deputat olmasa belə bu onun fikirləridir və bu fikirlərə görə də onun hüquqi məsuliyyətə cəlb olunmağı üçün heç bir əsas yoxdu. Əksinə, demokratik ölkələrdə bu çox normal qarşılanan bir məsələdir. Digər tərəfdən Erkin Qədirli deputat kimi öz fikirlərini ifadə edib. Qanuna görə deputat fikirlərinə görə hardasa izahat verməyə borclu deyil.
Deputat fikirlərinə görə heç bir hüquqi məsuliyyətə cəlb oluna bilməz.
Erkin Qədirli haqlıdır, öz fikrini azad ifadə etməklə heç bir qanun pozuntusu törətməyib.
Ona görə də Fəzail İbrahimlinin onun söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırışı əsassızdır”.
Adil Elxanoğlu
Gununsesi.info