Erkin Qədirli: Ombudsmanın təklifləri havada qalacaq

“Azərbaycanda Ombudsman təsisatının  institisional səlahiyyəti çox deyil. Mən ümumiyyətlə bütün sahələrin bir Ombudsmana həvalə edilməsini düzgün saymıram”.  

Gununsesi.info xəbər verir ki, bunu deputat Erkin Qədirli  Milli Məclisdəki çıxışında deyib. O qeyd edib ki, xarici ölkələrdə sahəvi ombudsmanlar var:

HTML tutorial

“Bizdə isə bir nəfər bütün bu yükəri daşımalı olur. Bir dəfə informasiya ombudsmanı yaradılması təklifi var idi. Amma olmadı. Biz sahəvi ombudsmanların yaradılmasına çalışmalıyıq. Eyni zamanda Ombudsmanın qanunvericilik təşəbbüsü hüququ olmalıdır. Çox güman ki, bu hesabatdakı təkliflər havada qalacaq. Qanunveicilik təşəbbüsü hüququ olmasa, kimliyindən asılı olmayaraq bu məsələ təsirsiz olacaq”.

Gununsesi.info