
Blogger Mehman Hüseynova müsahibəsində Milli Məclis seçkilərinin demokratik olmadığını deyən deputat Erkin Qədirli həmkarları tərəfindən sərt ittihamlarla üzləşib.
Qeyd edək ki, mətbuata açıqlama verən deputatlar Erkin Qədirlini bu ifadələrinə görə qınayıb.
Xatırladaq ki, Erkin Qədirli məlum bəyanatı verərəkən Strasburqda AŞ PA-nın sessiyasında olub.
Bəs görəsən, deputat parlamentə qayıdanda ona qarşı hansı davranış sərgilənib?
Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Erkin Qədirli Milli Məclisin yaz sessiyasına qatılıb və həmkarları ilə hər zaman olduğu kimi hal-əhval tutub.
Hətta mediada əleyhinə açıqlama verən həmkarları da Qədirli ilə səmimi salamlaşıb.
Elmar
Gununsesi.info