Erməni əsgər başından güllələndi

Ermənistanın Dərələyəz bölgəsində başından güllə yarası alan erməni hərbçinin meyiti tapılıb.

Gununsesi.info erməni mediasına istinadla xəbər verir ki, meyiti tapılan əsgər 2003-cü il təvəllüdlü Movses Aramayis Tadqosyandır. Faktı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.

HTML tutorial

18 yaşlı Tadqosyanı öldürməkdə ittiham olunan hərbçi yoldaşı saxlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info