Erməni əsgər güllə yarası aldı – Vəziyyəti ağırdır

  • By admin
  • 04 Dekabr 2023 15:04

Ermənistanda hərbi hissələrin birində əsgər güllə yarası alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə gecə saat 02:50 radələrində hərbi hissələrdən birində baş verib. Nazirlik qeyd edib ki, əsgərin vəziyyəti stabil və ağır qiymətləndirilir.

Məlumatda əlavə edilib ki, hadisənin baş vermə şəraitinin tam müəyyən edilməsi üçün araşdırma aparılır.

Gununsesi.info