Erməni əsilli nazir Zelenskinin istəyi ilə istefa verib – AÇIQLAMA

Erməni əsilli Arsen Avakov Ukraynanın daxili işlər naziri vəzifəsindən prezident Vladimir Zelenskinin istəyi əsasında istefa verib.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko deyib.

HTML tutorial

“Prezident, Arsen Avakovun istefa etməsini təklif edib, Arsen Borisoviç isə bu qərarı qəbul etdi”, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, atılan addım tamamilə balanslı idi:

“Bu məsələdən az adam xəbərdar olub və çoxdan hazırlanırdı”.