“Erməni əsirlər Bakıdan qayıtmaq istəmir”

  • By admin
  • 13 Dekabr 2021 13:33

“Ermənistan hakimiyyətinin əsirlərlə bağlı bəyanatı sonuncuların Bakıdan Ermənistana daha qayıtmaq istəməməsinə səbəb ola bilər”.

Gununsesi.info xəbər  verir ki, bu barədə “Ermənistan” fraksiyasının üzvü Ripsime Stambulyan bildirib.

HTML tutorial

Stambulyan Milli Assambleyada jurnalistlərlə görüşündə deyib: “Hakimiyyət əvvəlcə məhbusların hansı şəraitdə əsir götürüldüyünə baxmadan onları qəhrəmanlaşdırdı, indi isə onları tamamilə antiqəhrəmana çeviriblər”.

Deputat iddia edir ki, hakimiyyət bundan sonra nə olacağını düşünmür: “Bu, təəssüf ki, ona gətirib çıxaracaq ki, bizim oğlanlar Ermənistana qayıtmaqdan imtina edərək üçüncü ölkəyə göndərilmək istəsinlər”, – deyə deputat qeyd edib.

Gununsesi.info