
Ermənistanda bir ailəni öldürən rus əsgər Valeri Permyakov ömürlük azadlıqdan məhrum edilib.
Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, Permyakov Gümrü şəhərində yaşayan Avetisyanlar ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham olunur.
Həmin hadisə 2015-ci il yanvarın 12-də baş vermişdi.
Ermənistan mətbuatı Valeri Permyakovun cəzasını Ermənistanda deyil, Rusiyada çəkəcəyini yazıb.
Gununsesi.info