Erməni boksçuları yarışı yarımçıq tərk etdi, boksçumuz qalib elan edildi

Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq.

Gununsesi.info  xəbər verir ki, buna ermənilərinin yarışı yarımçıq tərk etməsi səbəb olub.

HTML tutorial

51 kq-da 1/4 final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb. Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finalda rəqibi Frank Roman Samuel (Rumıniya) – Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq.

Qarşılaşma noyabrın 13-də keçiriləcək.

Gunsunesi.info