
Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı Mger Saakyan avtomobil qəzasında ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, deputatın meyiti Tiqranaşen aşırımının kənarında dərəyə yuvarlanmış avtomobilin içərisindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.
