Erməni deputatlar koronavirusa yoluxdu

Ermənistan parlamentinin iki deputatı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Gununsesi.org erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə deputatlar özləri məlumat verib. 

“Mənim addımım” blokunun üzvü Kristine Poqosyan deyib ki, onun koronavirus analizinin nəticəsi müsbət çıxıb. O, virusa hansı şəraitdə yoluxduğundan xəbərsiz olduğunu bildirib.

“Mənim addımım” blokunun digər üzvü Viktor Yengibaryan da koronavirus analizinin nəticəsinin müsbət çıxdığını qeyd edib. 

Gununsesi.org