Erməni deputatlar Qarabağa buraxılmadı

  • By admin
  • 13 Aprel 2022 18:55

Ermənistan parlamentinin müxalifəti təmsil edən 17 deputatı aprelin 12-də Qarabağa buraxılmayıb. Rusiya sülhməramlıları onları Laçının girəcəyində saxlayıblar.

Zabux kəndində bir neçə saat dayandıqdan sonra onları qarşılamağa gələn Qarabağın “parlament üzvləri”  söhbət edə bilib.

Qeyd edək ki, İrəvandan gələnlərə hərbi cinayətkar, Ermənistanın keçmiş müdafiə naziri və Xocalı cəlladlarından biri Seyran Ohanyan başçılıq edir.

Erməni mətbuatının yazdığına görə, Robert Köçəryanın tərəfdarları və İrəvandan gələn daşnaklar Qarabağda hansısa tədbir təşkil etmək niyyətində olublar. Bu aksiyanın məqsədi Qarabağın müstəqilliyi uğrunda mübarizəyə dəstək olmaq idi.

Görünür, deputatların Qarabağa girişi Bakının tələbi ilə bağlanıb.

Gununsesi.info