Erməni deputatlar Türkiyəyə göndərilir

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatları Türkiyəyə gələcək. 

Gununsesi.info xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan fərman imzalayıb.

Parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, nümayəndə heyətinin üzvləri, deputatlar Mariya Karapetyan, Lilit Minasyan, Artur Hovhannisyan və digərləri ATƏT PA-nın Payız Sessiyasının işində iştirak etmək üçün 16-20 noyabr 2025-ci il tarixlərində İstanbula səfər edəcəklər.

 

Gununsesi.info