“Son 20 ildə fəaliyyətim ərzində Azərbaycana dəfələrlə səfər etmək imkanım oldu”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyev Azərbaycan və Türkiyə, Türk dünyası üçün etdikləri ilə adını tarixə yazıb: “Hər şeydən əvvəl Cənubi Qafqazın sabitliyi çox önəmlidir. Ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi əzmindəyik. Azərbaycan antiterror tədbirləri ilə öz suverenliyini bərpa edib. Bununla bağlı ölkənizi təbrik edirik. Bu tədbirlər zamanı həlak olanların ailələrinə başsağlığı veririk. Ermənistanla Azərbaycan arasında sülh istiqamətində atılan addımları dəstəkləyirik.
Təəssüflər olsun ki, erməni diasporu bəzi ölkələri Azərbaycan qarşı yönləndirirlər.
Son günlər Azərbaycanla Ermənistan arasındakı müsbət addımları müsbət qiymətləndirir, bu addımların davam etdiriləcəyinə ümid edirik. İki ölkə arasında münasibətlərin inkişafı Ermənistanın Türkiyə ilə əlaqələrinə də müsbət təsir edəcək”.
Gununsesi.info