Erməni ekspert: Cənubi Qafqaz liderlərinin sammiti keçirilsin

Üç Cənubi Qafqaz respublikası liderlərinin məşvərət xarakterli yüksəksəviyyəli sammitini hazırlamaq olar.

Gununsesi.info xəbər verir ki, bunu “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan, təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib. (APA)