“Erməni generalın KTMT-yə baş katib seçilməsinin Azərbaycana təsiri yoxdur, ancaq…” - POLİTOLOQ

  • By admin
  • 14 Aprel 2017 16:14

yuri-KTMT

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə erməni general keçmiş baş qərargah rəisi Yuri Xaçaturovun təyin olunacağı gözlənilən idi. Doğrudur, Qazaxıstan və Belarus prezidentləri bu təyinatı 7-8 ay uzatdılar, ancaq bu məsələ nə zamansa Ermənistanın xeyrinə həll olunmalı idi. Çünki, rotasiya prinsipinə görə baş katib vəzifəsində Rusiya təmsilçisi Nikolay Bordyujanı Ermənistan təmsilçisi əvəz etməli idi”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, sadəcə, bu təyinat 5-6 ay əvvəl olsaydı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan seçilməli idi. Çünki, Ermənistan prezidenti aprel döyüşlərindən sonra Ohanyanı istefaya hazırlayırdı və ona yeni yer axtarırdı. Təşkilata baş katibin seçilməsi uzandıqda isə Ohanyan istefaya göndərildi və o yeni təyinatını gözləmək əvəzinə müxalifətə keçdi.

Onun sözlərinə görə, erməni generalın təşkilata baş katib seçilməsinin Azərbaycana təsiri yoxdur:

“Doğrudur, həmin general daima Azərbaycana pisliklər etməyə, təşkilat çərçivəsində əleyhimizə hansısa sənədlər qəbul etməyə çalışacaq, ancaq Belarus və Qazaxıstan buna “yaşıl işıq” yandırmadıqca onun əli-qolu bağlı olacaq. Bəlkə də elə belə yaxşıdır.

Nikolay Bordyuja altdan-alta əleyhimizə işləyirdi, indi isə baş katib ermənidir, bilirik ki, qarşımızda kimdir və hansı məzhəbə xidmət edir”.

elxan sahinoglu

KAMİL

Gununsesi.info