Ermənistan hərbçisi, 1981-ci il təvəllüdlü David Xaçatryan ölkənin Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin ambarında asılmış vəziyyətdə tapılıb.
Report-un verdiyi xəbərə görə, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, hadisə yerindən məktub tapılıb.
Fakt üzrə cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.
Gununsesi.info