Erməni hərbçi intihar etdi - İLGİNC SƏBƏB

  • By admin
  • 08 İyun 2017 15:01

ermeni-esger

Ermənistan Silahlı Qüvvələri Sülhmərarmlı qoşununun baş əsgəri intihar edib.

Gununsesi.info news.am-a istinadən xəbər verir ki, 36 yaşlı Melik Xaçatryan hərbi hissə ərazisində asılmış halda tapılıb. Meyitini orada qulluq edən qardaşı aşkar edib. Hərbçinin bir neçə min dollarlıq borca görə özünü asdığı deyilir.

Bildirilir ki, o, hərbi hissədə anbar müdiri işləyirmiş. Melik Xaçatryan yaxınlarına ünvanladığı məktubda kredit borcu olduğunu, ancaq ödəyə bilmədiyini yazıb.

Gununsesi.info