Erməni hərbçi özünü GÜLLƏLƏDİ

İyulun 21-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin yaraqlılarından biri özünə sui-qəsd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

HTML tutorial

Xocavənd ərazisindəki mənbələrdən verilən məlumata görə, xidmətin çətinliyinə dözməyən hərbi qulluqçu Samvel Dadunts avtomatla özünü qarnından güllələyib. Hazırda meyitin müayinə olunması və tibbi ekspertizası aparılır.

Məlum olub ki, S.Daduntsun xidmət etdiyi dəstədə bu, baş verən ilk cinayət hadisəsi deyil.