Bu gün səhər saat 08:40 radələrində Ermənistanın Müdafiə Nazirliyinə məxsus hərbi hissədə xidmət aparan kiçik çavuş güllə yarası alıb.
Gununsesi.info erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi qulluqçu Qaqik Aruşi Mesropyan xəstəxanaya aparılarkən yolda ölüb.
İlkin məlumatlara görə, Q.Mesropyan silahla davranma qaydalarının pozulması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info