Erməni hüquq-müdafiəçisi Vahe Avetyan Qız Qalasında olub - FOTOLAR

  • By admin
  • 08 Noyabr 2016 11:35
iceri
Xəbər verdiyimiz kimi, məşhur erməni hüquq-müdafiəçisi Vahe Avetyanın Bakıda qonaq olmağına icazə verilib. Artıq V.Avetyan Baını gəsib və fotolarını da  sosial şəbəkələr vasitəsi ilə yayıb.
Gununsesi.info xəbər verir ki,  Sarkisyan rejiminin tənqidçisi bu gün Bakının mərkəzini gəzib. O, paytaxtda “erməni kilsəsi” kimi tanınan abidədə olub, erməni dilində kitablarla tanış olub.
İçərişəhərdə dolanan Vahe Avetyan tarixi abidələrə baş çəkib, onların fotolarını çəkərək paylaşıb.
Qeyd edək ki, V.Avetyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən ilk ermənilərdəndir. O, bu məqsədlə bu gün Bakıdakı  Xocalı soyqırımı qurbanlarına ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək,  abidə  qarşısında baş əyib.
iceri1 iceri2
Gununsesi.info