

Məhkəmənin qərarı ilə erməni jurnalist Ani Ovannisyan 1,5 müddətinə azadlıqdan məhrum edildi.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, “analitik.am” saytının ditektoru Ani Ovannisyanın işi üzrə məhkəmə prosesi yekunlaşıb və məhkəmə onun 1 il 6 ay müddətində azadlıqdan məhrumetmə barədə qərar qəbul edib.
Məhkəmə Ovannisyanı erməni deputat Tiqran Urixanyandan şantaj yolu ilə pul tələb etməkdə müqəssir bilərək barəsində qərar çıxarıb.
Sayt direktorunun vəkili Liparit Simonyan isə məhkəmənin qərarından narazı olduğunu və qərardan yuxarı məhkəmə instansiyasına şikayət edəcəyini bildirib.
Gununsesi.info