Erməni kişi: “İndi azərbaycanlılar milyoner olub, biz isə heç kim” – ARXİV VİDEO

  • By admin
  • 24 Noyabr 2020 15:52

Sosial şəbəkələrdə 90-cı illərdə Qarabağ hadisələri zamanı lentə alınan video aktiv şəkildə yenidən paylaşılır.

Gununsesi.org xəbər verir ki, sözügedən videoda ermənilər azərbaycanlılarla dostluq münasibətindən bəhs ediblər. Qarabağda və Ermənistanda yaşayan ermənilər yolların bağlanmasında günahkar olduqlarını etiraf ediblər. Onlar azərbaycanlılarla birlikdə yaşadıqları dövrlərə həsrət olduqlarını və azərbaycanlılarla yenidən dost olacağına ümid etdiklərini bildiriblər.

Hadrutdan olan yaşlı kişi bildirib ki, ermənilər səhvən düşünürdülər ki, Qarabağ Ermənistana birləşsə yaxşı olacaq, amma indi azərbaycanlılar milyonerdir, biz isə heç kim!
Həmin videonu təqdim edirik:

Gununsesi.org