Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017

22 Sentyabr 2017 - 19:28

Erməni millət vəkilinin anası bakılı imiş

333318_0

“Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram”.

Gununsesi.info xəbər verir ki, bunu “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Ermənistan parlamentinin “Avronest” Parlament Assambleyasındakı (PA)  nümayəndə heyətinin rəhbəri Armen Aşotyan jurnalistlərə açıqlamasında bildirib.

Erməni deputat uşaq vaxtı tətillərini Bakıda keçirdiyini də xatırladıb: “Burada evimiz var idi. Bilirdim ki, hara gəlirəm. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Belə bir məsələ parlamentdə və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir.Bizim bura gəlməyimizlə də bağlı müəyyən məsələlər var idi. “Avronest”in katibliyi və Azərbaycanın “Avronest”dəki katibliyi tərəfindən təşkilati məsələlərdə hansısa maneələr olurdusa, onlar dərhal həll olunurdu. Qalacağımız mehmanxananın administratoruna izah etmək çətindir ki, ermənistanlı parlamentarilər forumda çıxış edəcək. Bunlar həll olundu. Aviaşirkətlə bağlı, Gürcüstan-Azərbaycan sərhədində texniki problemlər oldu. İnanmırdılar ki, biz Bakıya gedirik. Amma hamısı həll olundu…”

Erməni deputat sonra bildirib ki, münaqişə nəticəsində ölkələrimiz arasında ünsiyyət intensivliyi hələlik yox dərəcəsindədir:

“Təhlükəsizlik məsələləri məni narahat etmirdi. Biz ona görə gəldik ki, “Avronest” bizim üçün vacib platformadır. Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşır. Biz gəldik ki, gender bərəbərliyi məsələsi bizim üçün vacibdir. Biz həm də ona görə gəldik ki, bu  tədbir təbliğat və anti-Ermənistan ritorikası üçün istifadə oluna bilərdi. Avropalı parlamentarilərin burada olmasından istifadə edərək, Azərbaycanda müəyyən rəsmi şəxslər buradan əlavə şans kimi istifadə edə bilərdilər.  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  qərəzli fikirlər təqdim edə bilərdilər. Təəssüf ki, bəzi çıxışlarda belə ritoriklar olurdu. Bunların heç mövzuya aiddiyyatı yoxdur”.Deputat qeyd edib ki, onlar Bakıya Dağlıq Qarabağ məsələsini müzakirə etməyə gəlməyiblər”.

Digər erməni deputat Mane Tandilyan isə jurnalistlərlə söhbətində deyib ki, fürsətdən istifadə edərək Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar.

“Sabah biz Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub” – deyə, o, bildirib.

Gununsesi.info





loading...