
Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədova erməni milyarder, “Rosqostrax” şirkətlər qrupunun prezidenti Danil Xaçaturova ərə getməyə hazırlaşır.
Axşam.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, 45 yaşlı Xaçaturovun sərvəti “Forbes”in hesablamalarında 2 milyard dollara yaxındır. Bir neçə ildir ki, Rusiyanın ən həsəd aparılan subaylarından biridir.
Belə ki, erməni milyarder 2008-ci ildə dizayner Ulyana Sergeyenko ilə evlənib, 2013-cü ildə boşanıb. Daha sonra Xaçaturovun gənc və yaraşıqlı rejissor Anna Məlikyanla sevgi məcarasına başladığı bildirilir. Erməni milyarderin növbəti sevgisi isə Səbinə Əhmədovadır. Onların arasında münasibət olduğu barədə Rusiya mediası ara-sıra yazırdı.
Xaçaturova ərə getməyə hazırlaşan Səbinə Əhmədovaya gəldikdə isə onun 36 yaşı var, əvvəllər evli olmayıb, uşaqları da yoxdur. Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda qarışıq ailədə anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir. Səbinənin ailəsi 1990-cı ildə Bakıdakı məlum hadisələr zamanı Rusiyaya köçüb. Hazırda Rusiyanın tanınmış kino aktrisalarından biridir.
Xaçaturovla Əhmədovanın toylarının nə vaxt olacağı haqda məlumat yoxdur.
Gununsesi.info