ABŞ-Rusiya gərginləşməsindən Ukrayna da zərər görə bilər.
Gununsesi.info-nun məlumatına görə, bu sözləri Ukrayna daxili işlər naziri Arsen Avakov deyib.
Baydenin sözlərini şərh edən Avakov bildirib ki, Ukrayna hələ 2014-cü ildə Putinin qatil olub-olmamasını özü üçün dəqiqləşdirib.
Avakov Donbasdakı müharibədə 13 mindən çox insanın həyatını itirdiyini xatırladıb və bildirib ki, bu, yalnız BMT-nin rəsmi məlumatlarında qeyd edilir, lakin həqiqi rəqəmlər daha qorxuludur:
“Putin dəstələrini ora (Ukraynanın şərqinə – red.) gətirməsəydi, onlar ölməzdilər”.
Avakov Putin və Bayden arasında başlayan qalmaqalın yeni bir soyuq müharibəyə çevrilə biləcəyinə inanır:
“Bunun Ukrayna üçün onsuz da böyük, “isti” bir müharibə ilə nəticələnəcəyi istisna deyil. Bu oyunda Putin dəyişmiş şüuru ilə növbəti avantüranı reallaşdıra bilər. Bu avantüra Ukraynaya baha başa gələ bilər”.
Nazir Putinin Baydenə verdiyi cavabda nüvə potensialını yenidən xatırladığına diqqət çəkib:
“Qərb mədəniyyətinin bir standartı var – həyata hörmət. Bunu Putində hiss etmirəm. Bu, dəhşətlidir… Bu quduz itin Ukraynaya soxulmasının qarşısını necə alacağımızı düşünməliyik”.
Gununsesi.info