Erməni nazirin qovulması üçün ukraynalı deputatlar imza topladı

  • By admin
  • 05 İyun 2020 20:11

Ukrayna Ali Radasında Daxili İşlər naziri Arsen Avakovun vəzifədən uzaqlaşdırılması ilə bağlı 3606 nömrəli müraciət qeydiyyata alınıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “İnterfaks” yazıb.

Müraciətin təşəbbüskarı kimi “Qolos” fraksiyasının deputatları çıxış ediblər. Onlar nazirin qovulmasının səsverməyə çıxarılması üçün parlamentarilərin imzalarını toplayıblar.

“Xalqın xidmətçisi” Partiyasının deputatları və “Avropa Həmrəyliyi”ndən Yana Zinkeviç də sənədin həmmüəllifləri sırasında olub.

Qeyd edək ki, A.Avakov milliyyətcə ermənidir.

 

Gununsesi.org