Erməni qızları Kiprdə snayper dərsləri keçir -Fotolar

  • By admin
  • 19 Dekabr 2021 22:32

Ermənilərin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Gununsesi.info xəbər verir ki, görüntülərdən belə aydın olur ki, “revanşist” erməni qızları Kiprdə snayper dərsləri keçirlər. Deyəsən ermənilərin barışığa getmək fikirləri yoxdur.

HTML tutorial

Azərbaycan və Ermənistan liderlərinin Soçi və Brüssel görüşlərində əldə etdikləri razılıqlara və müsbət dəyişikliklərə baxmayaraq separatçılar Azərbaycan Ordusunun qarşısına təkrar çıxmağa hazırlaşırlar.

Deməli, “dəmir yumruq” bunları tamam əzməyincə sakit olmayacaqlar.

Qeyd edək ki, fotoları Cavanşir Həsənli öz feysbuk səhifəsində paylaşıb. “Sülhə yox, həmişəki kimi terrora hazırlaşırlar. Şəkillər dekabrın 6-dan 17-nə qədər Kiprdə erməni qızları üçün keçirilmiş xüsusi snayper hazırlığı təlimlərindən çəkilib”, – deyə bloger yazıb.

Gununsesi.info