Erməni separatçısının Cenevrə sərgüzəştləri uğursuzluğa düçar olub

  • By ilhame
  • 14 Noyabr 2023 22:39

Azərbaycan Respublikası ərazisində mövcudluğuna son qoyulmuş keçmiş separatçı rejimin nümayəndələri indi də Ermənistanın QHT-ləri tərkibində Avropada qanunsuz təcrübələrinin təbliğatına cəhd göstərməyə çalışırlar.

Bu barədə sayt  Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bu dəfə özünü keçmiş “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryan “Ermənistanın Şəfqət Cəmiyyəti” qeyri-hökumət təşkilatının tərkibində BMT-nin Cenevrə Ofisində Azərbaycanla bağlı Universal Dövri İcmal üzrə işçi qrupunun iclasında iştirak etsə də, iddialarının əksinə ona çıxış üçün söz verilməyib.

Bu uğursuzluqdan sonra, Artak Beqlaryanın iştirakı ilə Cenevrədə “Artsax”ın bərpasına aparan yol: Azərbaycanın məsuliyyətə cəlb olunması” adlı tədbir təşkil ediləcəyi barədə xəbərlər yayılıb.

Lakin sonra məlum olub ki, 6-7 nəfərdən və bir ölkədən (Ermənistandan) başqa tədbirə heç kim qatılmayıb.

Bununla da, bölgədəki reallıqları təhrif etməklə beynəlxalq ictimaiyyəti aldatmağa hesablanan, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan “blokada” və “soyqırımı” iddialarını yaymaq məqsədi daşıyan növbəti “tədbir” fiaskoya uğrayıb.

Gununsesi.info