
Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.
Gununsesi.info bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.
Eyni zamanda, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2488 yaşayış evi yarasız vəziyyətə düşüb.
Gununsesi.info