
İki gün əvvəl Qarabağda baş verən hərbi toqquşma ilə bağlı Ermənistan KİV-ləri maraqlı etirafda bulunub.
Gununsesi.info-nun xəbərinə görə, ermənilərin Republic of Artsakh telegram kanalında terrorçu qurum bəyan edib ki, Azərbaycan hərbçilərini “Artsax Müdafiə Ordusu”nun ön bölmələri öldürüb.
Düşmən ehtimal edir ki, bizim qurbanlarımızın sayı daha çoxdur.

Hüquqşünas Fuad Ağayev Gununsesi.info-ya açıqlamasında ermənilərin bu etirafını belə dəyərləndirib: “Buradan o nəticə çıxır ki, birincisi, onların erməni polislər ihaqqında yaydıqları məlumat həqiqəti gizlətmək üçündür.
İkincisi, bizim hərbçilərimizi üçtərəfli bəyanata əsasən ölkəmizdən çıxmalı olan, lakin buna baxmayaraq fəaliyyətini davam etdirən erməni terrorçu silahlı dəstələri öldürüb.
Başlıcası isə onlar bununla qürrələnirlər: bir tərəfdən, Rusiyanın qoltuğunun altında heç nədən çəkunmirlər, başqa tərəfdən, Azərbaycanı səhv addımlara təhrik etmək istəyirlər ki, beynəlxalq aləmdə bundan bəhrələnsinlər. Azərbaycan tərəfi dəqiq hüquqi və diplomatik addımlar atmalıdır”.
Elmar
Gununsesi.info