“Ermənilərə məxsus mülki yük maşını vurulmayıb” - Müdafiə Nazirliyi

  • By admin
  • 13 Aprel 2018 10:45

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən Gununsesi.info-ya bildirilib ki, “Ermənistan tərəfinin yaydığı məlumat yalandır”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun ermənilərə məxsus yük avtomobilini atəşə tutması barədə məlumat yayıb.

Gununsesi.info