Ermənilərə Türkiyədə daşınmaz əmlak əldə etmək qadağan olundu

  • By admin
  • 28 Mart 2018 11:34

Türkiyə hakimiyyəti ölkəyə xarici investisiyaların cəlb olunması, mənzil tikintisinin dəstəklənməsi, həmçinin vətəndaşlıq əldə etmək məqsədi ilə daşınmaz əmlakın alınması qaydalarını sadələşdirib.

Gununsesi.info “Diken”-ə istinadən xəbər verir ki,  Türkiyədə bununla bağlı  yeni qanun may ayında qüvvəyə minəcək. Yeni qanuna əsasən xarici ölkə vətəndaşı Türkiyədə 300 000  dollar həcmində daşınmaz əmlak əldə edəcəyi təqdirdə, hər hansı digər şərt olmadan vətəndaşlıq hüququ əldə edə bilər.

Ancaq indiyədək yalnız 1 milyon dollar və ondan yuxarı   həcmdə daşınmaz əmlak alan və ya Türkiyəyə investisiya yatıran şəxs  vətəndaşlıq hüququ əldə edə bilərdi. İndi isə həmin  maliyyə həcmi  300 000 dollaradək endirilib.

Türkiyə hökuməti bu addıma ölkədə mənzil satışı tempinin azalması fonunda gedib.

Bununla belə yeni qaydaya əsasən bir sıra ölkə vətəndaşlarının Türkiyədə daşınmaz əmlak əldə etməsi və ya vətəndaşlıq alması şərtlərini sərtləşdirib. Belə ki, Ermənistan və Şimali Koreya vətəndaşlarına Türkiyədə daşınmaz əməlak əldə etmək yasaqlanır.

Hazırladı Mürtəza

Gununsesi.info