Ermənilər Ağdamda qanunsuz arxeoloji qazıntılar aparırlar - FOTOLAR

  • By admin
  • 04 Avqust 2017 10:47

0203427_src1501829242

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işləri aparır.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində aparılan qazıntı nəticəsində dolça aşkar edilib.

Qazıntı işlərini Xankəndi Dövlət Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.

Məlumata görə, aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal olunur. Başqa sözlə, onun Şahbulaq qalasından 300 il gənc olduğu bildirilir.

020638393_1673040352728649_2037386265627830319_n1501829356 203426_src1501829231

Gununsesi.info