Ermənilər ağıllanır: “Azərbaycanla qonşu kimi yaşamalıyıq”

Qərbi Zəngəzurun Xinzirək kəndinin sakinləri Azərbaycanla qonşu kimi yaşamaq istədiklərini deyiblər.
Gununsesi.info 
xəbər verir ki, Ermənistan mediasının kənddən hazırladığı reportajda sakinlər sülh arzuladıqlarını bildiriblər.
“Azərbaycan bizdən güclü və varlıdır. Bizim heç nəyimiz yoxdur, istəsək də, istəməsək də qonşu olmalıyıq”, – sakinlər bildirib.
Qeyd edək ki, Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədi bu istiqamətdə Azərbaycan ordusu tərəfindən bərpa edilib. Bundan sonra Xinzirək və digər kəndlər ətrafındakı strateji yüksəkliklər Ordumuzun nəzarətinə keçib.

Gununsesi.info

HTML tutorial