
Bir qədər əvvəl Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin ciddi təxribatı qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə son məlumata görə, kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var.
Kəndin təsərrüfat sahələrinə xeyli ziyan dəyib, sakinlərin evləri dağıdılıb.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.
***
Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.
Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki, kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.
Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Yaralı xəstəxana çatdırılıb.
Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.
Gununsesi.info