Ermənilər: “Azərbaycan güclüdür, sülhdən başqa yolumuz qalmayıb”

Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh danışıqlarının davam etdiyi məqamda sadə vətəndaşların sülhə hazır olub-olmadıqları diqqət çəkir. Ermənistan mətbuatına nəzər salsaq görərik ki, 44 günlük müharibədə biabırçı məğlubiyyətlə üzləşən ermənilərin sülhlə bağlı düşüncüləri stabil deyil. Onların arasında sülh istəyənlər də var, buna qarşı çıxanlar da…

Turkustan.az xəbər verir ki, “Armlur TV” internet kanalı Ermənistan vətəndaşları arasında sorğu keçirərək, onlardan sülh istəyib-istəmədiklərini soruşub.

HTML tutorial

Gözlənildiyi kimi, erməni vətəndaşların fikirləri bu dəfə də fərqlidir.  Belə ki, ermənilərin bəziləri Azərbaycanı düşmən hesab etdiklərini, iki ölkə xalqlarının sülh şəraitində yaşamasının mümkün olmadığını deyiblər.

Ermənistan vətəndaşlarından biri “əgər dinc yaşaya bilsəydik, Naxçıvanı itirməzdik”, – deyə fikir bildirib.

Lakin sorğuda iştirak edən orta və yaşlı nəslin nümayəndələri isə sülh şəraitində yaşamaqdan başqa çıxış yollarının olmadığını vurğulayıblar.

“Azərbaycandan güclü olmadığımız üçün başqa çarəmiz yoxdur. Sülh müqaviləsi bağlanacağı təqdirdə rahat yaşayacağıq”, – digər respondent deyib.

Yaşlı ermənilər SSRİ dövründə Azərbaycana rahat şəkildə gedib-gəldiklərini, heç bir problemlə üzləşmədiklərini, hətta azərbaycanlılarla dostluq etdiklərini etiraf ediblər. Onlar müharibənin artıq geridə qaldığını qeyd edərək, tezliklə sülhün təmin edilməsinin vacibliyini dilə gətiriblər.

Gnununsesi.info