Ermənilər Gürcüstandan uydurma erməni soyqırımının tanınmasını tələb edir

  • By admin
  • 17 Aprel 2017 11:06
 ermenistan gurcustan
Ermənilər Gürcüstan hakimiyyətindən uydurma erməni soyqrımının tanınmasını tələb edir.
Bu məqsədlə Gürcüstanda fəaliyyət göstərən ictimai və dövlət erməni təşkilatları prezidentə, baş nazirə və parlamentə müraciət ediblər.
Gununsesi.info  xəbər verir ki,  bu barədə Gürcüstanda fəliyyət göstərən erməni icması məlumat yayıb.
Gürcüstanda fəaliyyət göstərən dövlət və ictiami erməni təşkilatları ölkə rəhbərliyindən tezliklə  “erməni soyqırımı” ilə bağlı  məsələnin parlamentdə  müzakirəyə çıxarılmasını tələb edirlər.
Erməni icması onu da bəyan edib ki, artıq bu 12-ci dəfədir Gürcüstan rəhbərliyinə  bu məsələ ilə bağlı müraciət edir.  Bu müraciətlərə baxmayaraq  Gürcüstan rəhbərliyi  öz vətəndaşlarının ona etdiyi müraciətə baxmır və onu müzakirəyə çıxarmaqdan imtina edir.
Gununsesi.info