Xəbər verdiyimiz kimi, bu gün Ermənistan ərazisində itkin düşən digər azərbaycanlı hərbçi də tapılaraq saxlanılıb. İkinci əsgərin Qafan rayonu ərazisində tapıldığı bildirilir.
Gununsesi.info-nun məlumatına görə, erməni teleqram kanallarında sözügedən əsgərin saxlanılandan sonrakı görüntüsü paylaşılıb.
Fotodan hərbçimizə işgəncə verildiyini, döyüldüyünü və onunla qeyri-humanist davranıldığını görmək mümkündür.
Gununsesi.info