Ermənilər ölən hərbçilərin adını gizlədir - FOTO

Azərbaycan-Ermənistan sərhədində gərginlik nəticəsində Ermənistanın çoxlu sayda hərbçsinin məhv edildiyi barədə məlumatlar olsa da, bu ölkənin rəsmi mənbələri cəmi 4 nəfərin öldürüldüyünü elan ediblər. Bu, münaqişə zamanı öldürülmüş erməni hərbçisi Kaytsakov Slavikin fotosudur.

Gununsesi.org xəbər verir ki, lakin onun adı elan olunan 4 nəfərin siyahısında yoxdur. Bundan başqa, Aşot Melkumyan adlı daha bir hərbçinin öldürüldüyünə dair əsaslı məlumatlar olsa da, onun barəsində də heç bir məlumat verilmir.

Bu faktlar Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində xeyli sayda erməni hərbçisinin öldürüldüyünə və Ermənistanın real canlı qüvvə itkilərini gizlətdiyinə dair deyilənləri bir daha təsdiq edir.

 

 

Gununsesi.org